Azerbaycan Türkçesiyle gramer açıklamaları:

Bu sayfa Azerbaycan Grameri dersini almakta olan öğrencilere yardımcı olarak hazırlanmıştır. HALEN YAPIM AŞAMASINDADIR. http://kayzen.az/blog/Azərbaycan-dili/ sayfasından alıntıdır. tamamı oradan okunabilir.

Üzv (Öge – Bir cümleyi oluşturan özne, yüklem, tümleç vb. birimlerden her biri). Bütövü əmələ gətirən hissələrdən hər biri. Cümlənin baş üzvləri.

İsim ümumi qrammatik mənasına görə əşyaların, canlı və cansız varlıqların adlarını  bildirir. Kim?, nə? (bəzən də hara? [neresi]) suallarından birinə cavab olur. Məsələn: müəllim, şagird, uşaqva s. isimləri kim? sualına; at, quş, ağac, daşvə s. isimləri nə? sualına; Bakı, Təbriz, Gəncə və s. isimləri isə hara? sualına cavab olur.
İsmin əsas səciyyəvi xüsusiyyətləri tək və cəm olması, mənsubiyyətə görə dəyişməsi və hallanmasıdır.

Konkret (somut) isimlər
– gözlə görünə bilən əşyaların adlarıdır. Məsələn: dağ,çiçək,qoyun,insan,meşə,ev və s.
Mücərrəd (soyut) isimlər
isə gözlə görünə bilməyən əşyaların adlarıdır. Məsələn: arzu,xəyal,yuxu,məqsəd və s.

Zərf (zarf – belirteç). Hərəkətin, keyfiyyətin və ya xassənin əlamətini bildirən dəyişməz nitq hissəsi. Zaman zərfi. Yer zərfi.

Əvəzlik (zamir) İsimdən, sifətdən, saydan fərqli olaraq öz-özlüyündə müəyyən bir şeyi, yaxud keyfiyyəti ifadə etməyən, lakin nitqdən asılı olaraq belə bir məna kəsb edən söz – nitq hissəsi. Şəxs əvəzliyi. Sual əvəzliyi.

Sifət (sıfat) Əşyanın əlamət və ya keyfiyyətini bildirən nitq hissəsi. Sadə sifət. Mürəkkəb sifət. Sifətin müqayisə dərəcəsi.

Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallarından başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi? nəyi? nə? kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? kim haqqında? nə haqqında? nə barədə? suallarından birinə cavab verir. Məsələn: Uşağı (kimi) çağır. Kitabı (nəyi?) aldım. Müəllimdə (kimdə?) maraqlı kitablar var. Biz onunla (kim ilə?) fəxr edirik Milli qəhrəmanlar haqqında (kim haqqında?) nə bilirsiniz? və s.

Tamamlıq daha çox isim və əvəzliklərlə ifadə olunur. Məsələn: Anar Turala dedi. Biz onu tanıyırıq və s. Məsdərlər və isimləşmiş başqa nitq hissələri də cümlədə tamamlıq olur. Məsələn: Yaşamağı atalardan öyrənin (məsdərla). Yaxşını pisdən ayırın (sifətlə). Gələnləri qarşılayın (feli sifətlə) və s.

Cümlə insanlar arasında fikir mübadiləsinin vasitəsidir. Ayrı-ayrı sözlərlə yanaşı, söz birləşmələri də cümləyə daxil olur. Söz birləşməsindən fərqli olaraq cümlənin baş üzvlərdən ibarət qrammatik əsası olur.
Cümlə bitmiş fikir ifadə edir. Cümlə vasitəsilə bir iş və hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik edilir. Heç bir söz və ya söz birləşməsi cümlə şəklinə düşmədən bitmiş fikir ifadə edə bilməz. Məsələn: dağların qarı, səhərin açılması və s. kimi birləşmələrdə yalnız ayrı-ayrı əşya və hadisələrin adı çəkilir, onların haqqında bitmiş fikir söylənilmir.
Bulaqğın suyu sərindir. Hava getdikcə soyuqlaşır. Bəh-bəh necə gözəl havadır. – cümlələrində isə bir şey haqqında məlumat verilir, hiss-həyəcan ifadə olunur. Bütün cümlələrdə fikir bitmiş şəkildə ifadə olunur.

Cüttərkibli (çift tamlamalı) cümlələr. Baş üzvlərin iştirakına görə sadə cümlə iki növə bölünür: cüt (çift)tərkibli cümlələr, təktərkibli cümlələr. Hər iki baş üzvün iştirak etdiyi cümlələrə cüttərkibli cümlələr deyilir. Məsələn: Zəng vurulur. Dərs başlanır.

Təyin. Cümlədə isimlə ifadə olunan hər hansı üzvü izah (təyin) edən ikinci dərəcəli üzvə təyin deyilir. Təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? suallarından birinə cavab verir. Məsələn: Anar intizamlı oğlandır. Sınifdə iyirmi şagird var. Çalısqan şagırdlər misalları hamıdan tez həll etdilər və s. Təyin daha çox sifət, feli sifət və işarə əvəzlikəri ilə ifadə olunur. Məsələn: Kəndimiz uca dağlar qoynunda yerləşir (sifət). Mağazadan beş dəftər aldım (sayla). Bu kitab çox maraqlıdır (əvəzlik). Yatmıs körpə səsə oyandı (feli sifətlə) və s. İsim və zərflər də sifətin xüsusiyyətlərini daşıdıqda (sifətləşdikdə) təyin vəzifəsində işlənə bilir. Məsələn: Cərrah Əli qonşumuzdur. Özümə dəri çanta aldım. Daş buna davamlı olur. Aşağı otaqlar nəmdir və s.

Xitab. (seslenme) Cümlədə müraciət olunan şəxsi, əşyanı bildirən sözlərə və ya söz birləşmələrinə xitab deyilir. Xitablar, əsasən, isimlərlə və ismi birləşmələrlə ifadə olunur. Insan anlayışı bildirən isimlər daha çox xitab kimi işlənir. Məsələn: Oğul, yaxına gəl. Körpə balam, rahat yat. Ata, eşidirəm səni.

Mürəkkəb (birleşik) isimlər sintaktik yolla, iki və daha artıq sözün birləşməsi ilə yaranır. Mürəkkəb isimlər yazılışına görə iki yerə bölünür: bitişik yazılanlar, defislə yasılanlar.
Bitişik yazılan mürəkkəb isimlər bir vurğu altında deyilir. Bu cür sözlər əmələ gəlmə üsullarına görə bir neçə qrupa bölünür:

  • İki müxtəlifmənalı və tərkibində heç bir şəkilçisi olmayan sadə sözlərin birləşməsi ilə: Kürdəmir, Qarabağ, istiot, Elşən, kəlləpaça, və s.

  • Mənsubiyyət şəkilçili sözlərin birləşməsi ilə: suiti, kəklikotu, Nəbioğlu, dağkeçisi, Bazardüzü və s.

  • Sadə və düzəltmə sözün birləşməsi ilə: soyqırım, Əlibayramlı, qəlbisınıqlıq, beşillik və s.

  • İkinci tərəfi feli sifət olan mürəkkəb isimlər: falabaxan, yelqovan və s.

  • ”Ha”, “a”, bitişdiricilərinin vasitəsilə birləşən eyni fel köklərinin təkrarı ilə yarananlar: gəlhagəl, vurhavur, qaçaqaç və s.

  • Tərkibində ağa, xanım, bəy, şah, xatun kimi sözlər mürəkkəb ismin tərkib hissəsi olduqda: Ağasəlim, Bəyəli, Gülxanım, Saraxatun və s.

Defislə yazılan mürəkkəb isimlər aşağıdakılardır:

  • Yaxın mənalı sözlərin birləşməsi ilə: söz-söhbət, qapı-pəncərə, qayda-qanun, adət-ənənə və s.

  • Əks mənalı sözlərin iştirakı ilə: baş-ayaq,eniş-yoxuş, gediş-gəliş və s.

  • Tərəflərindən biri ayrılıqda işlənməyən sözlərin iştirakı ilə: kol-kos, kağız-kuğuz, zir-zibil, dəmir-dümür, sür-sümük və s.

  • İzafət tərkibi formasında olanlar: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, tərcümeyi-hal və s.

  • Tərkibində əks, eks, vitse, kontr, ober, super, külli sözləri olan mürəkkəb isimlər: əks-inqilab, eks-prezident, vitse-admiral, ober-leytenant, super-market, külli-ixtiyar və s.

Defislə (ayırma işaretiyle) yazılan mürəkkəb isimlərin də əksəriyyəti bir vurğu altında deyilir.

Ara sözlər. Danışanın ifadə etdiyi fikrə münasibərini bildirən sözlərə və ya söz birləşmələrinə ara sözlər deyilir. Ara sözlər, əsasən, modal sözlərlə ifadə olunur. Ara sözlər söz və söz birləşmələri, bəzən də cümlə şəklində olur. Məsələn: Deyəsən, işlər düzəlmək üzrədir. Qələbə, sözsüz ki, gec-tez bizimlə olacaq. Mən, sözün doğrusu, sizi tanımadım.İndi, necə dəyərlər, söz meydanıdır və s. Bu cümlələrdəki deyəsənsözsüz ki söz şəklində, sözün doğrusu söz birləşməsi şəklində, necə deyərlər isə cümlə şəklində olan ara sözlərdir. Ara sözlər daha çox cümlənin əvvəlində və ortasında işlənir. bəzi hallarda ara sözlər cümlənin sonunda da işlənir. Məsələn; Qarşıda bizi sevincli günlər gözləyir, əlbəttə. O xəstələnmişdir, məncə və s. Ara sözlər də xitablar kimi xüsusi intonasiya ilə deyilir və cümlə üzvlərindən vergüllə ayrılır.

Ara sözlərin mənaca aşağıdakı növləri var:

  • Yəqinlik bildirənlər: əlbəttə(ki,), şübhəsiz (ki), sözsüz (ki), düzü, dogrudan da, həqiqətən də. Məsələn: Əlbəttə, gündəlik dərslərini yaxsı oxuyan üçün imtahan asan olar. Doğrudan da, yasamaq gözəldir. Həqiqətən də, bu yerlər çox mənzərəlidir və s.

  • Güman, şübhə bildirənlər: bəlkə (də), dəyəsən, görünür, ehtimal ki, ola bilsin (ki), gərək ki. Məsələn: Bəlkə, onun bu işlərdən xəbəri yoxdur. Dostumuz, dəyəsən, buraları tanımır. Görünür, sən yorulmusan və s.

  • Təəssüf bildirənlər: əfsus (ki), heyf (ki), çox təəssüf, təəssüf ki Məsələn: Əfsus ki, o bizi gec başa düşdü. Taəssüf ki, biz getməliyik və s.

  • Fikrin mənbəyini, kimə aid olduğıınu bildirənlər: məncə, sənca, bizcə, mənim fikrimcə, deyilənə görə, eşitdiyimə görə. Məsələn: Məncə, biz bir daha görüşəcəyik. Sənca, dostumuz niyə iclasda yoxdur. Fikrimizca, bu məsələni sülh yolu ilə həll etmək olar və s.

  • Nəticə bildirənlər və nitqin hissələri arasında əlaqəni göstərənlər: nəhəyət,beləliklə, ümumiyyətlə, deməli, xülasə, qısası, əvvəla, birincisi, ikincisi, əksinə. Məsələn: Deməli, sabah yola düşürük. Nəhayət, gözlədiyimiz günləri gördük. Birincisi, biz bura başqa məsələ üçün yığışmısıq. Əksinə, Əli hamıdan ağıllıdır və s.

Əlavə (ara) cümlələr. Nitqdə fikri dəqiqləşdirmək və ya əlavə məlumat vermək məqsədi ilə işlədilən cümlələrə əlavə (ara) cümlələr deyilir.
Əlavə cümlələr də ara sözlər kimi, söylənilən fikrə münasibət bildirir və ya əsas fikri dəqiqləşdirir, izahedici xüsusiyyət daşıyır. Məsələn: Qardaşım deyir ki, Alikin (əsl adı Əlidir) atası yaxşı ədəbiyyatçıdır. Sol gözünə uşaqlıqdan ağ gəldiyinə görə — deyəsən, qızılca çıxardanda olmuşdu — onu əsgərliyə aparmadılar. Bir gün-həmin gün ədəbiyyat dərsi idi — sinifimizə televiziya işçiləri gəldilər və s. Əlavə cümlələr aid olduqları sözlərdən sonra ayrıca bir söz qrupu kimi əlavə edilir və xüsusi intonasiya ilə onlardan fərqləndirilir. Əlavə cümlələr ya mötərizədə verilir, ya da hər iki tərəfdən tire ilə ayrılır.

Söz — cümlələr. Bir sözdən ibarət olub, üzvlənməyən cümlələrə deyilir.
Cümlə şəklində olan belə sözlər üzvlənmir, yeni cümlə üzvlərinə ayrıla bilmir. Bəli, hə, yox, xeyr, əsla ədatları; əlbəttlə bəlkə də, şübhəsiz, sözsüz modal sözləri, əsasən, dialoqda ayrılıqda işləndikdə söz — cümlə kimi formalaşır. Məsələn: Uşağı gördün? — Bəli. Məktəbə gedir? — Yox. Yaşı çatan kimi məktəbə qoy. — Sözsüz.

Bəzi nidalar da təklikdə söz — cümlə kimi işlənir. Məsələn: Uşaq əlifbanı bilir. Əhsən,Anar bu il əlaçı oldu. — Afərin və s.

Söz — cümlələrdən sonra intonasiyadan asılı olaraq, müxtəlif durğu işarələri (nöqtə, üç nöqtə, nida və sual işarəsi) qoyulur.

Xüsusiləşmiş üzvlər. Cümlədə məna və intooasiya cəhətdən fərqləndirilən üzvlərə deyilir. Cümlə üzvlərindən tamamlıq və zərflik daha çox xüsusiləşir.

Tamamlıqlar başqa, savayı, özgə, əvəzinə, əlavə və s. qoşmaların köməyi ilə xüsusiləşir. Məsələn: Günaydan başqa, hamı əlavə məşğələyə gəlmişdi. Uşaq ev tapşırığım qələm əvəzinə, karandaşla yazır. Səndən savayı, kimə üz tuta bilərəm və s.

Zərfliklər baxmayaraq, halda, kimi, fərqli olaraq, asılı olaraq sözlərinin köməyi ilə xüsusiləşir. Məsələn: Müəllim yorğun olmasına baxmayaraq, dərsi maraqla danışırdı. Dünənkindən fərqli olaraq, bu gün yenə hava istiləşibdir. Ana həmişəki kimi, yenə də körpəsini layla ilə yatırdı və s.

Xüsusiləşmiş üzvlər xüsusi intonasiya ilə deyilir və onlardan sonra vergül qoyulur.

Dəqiqləşdirici xüsusiləşmiş üzvlər. Bu və ya başqa üzyə aid olub, onun mənasını dəqiqləşdirən sözlərə dəqiqləşdirici xüsusiləşmiş üzvlər deyilir.
Dəqiqləşdirci xüsusiləşmiş üzvlər olan cümlələrdə əvvəl gələn üzv məzmunca çoxluğu bildirir, sonra gələn üzv (dəqiqləşdirici xüsusiləşmiş üzv) isə onun bir hissəsini ayırıb, xüsusi olaraq nəzərə çarpdırır. Dəqiqləşdirci xüsusiləşmiş üzvlər xüsusən, xüsusilə, o cümlədən, hətta sözlərinin köməyi ilə formalaşır. Məsələn: Bütün kənd camaatı, xüsusih gənclər düsmənə qarşı igidliklə vuruşdular. Şagirdlərin çoxuna, o cümlədən Turala mükafat verdilər. Hər yer, hətta axar çay belə donmuşdu. Dəqiqləşdirici xüsusiləşmiş üzvlərdən əvvəl vergül qoyulur.

Qeyd: Dəqiqləşdirici xüsusiləşmiş üzvlər əlavələrə oxşayır. Əlavələr də aid oduğu üzvdən sonra gəlir və ondan fasilə ilə ayrılır. Lakin əlavə ilə onun aid olduğu üzv mənaca bərabər olur Məsələn:Anar — onuncu sinif şagirdi yarısın qalibi oldu. Dəqiqləşdirici xüsusiləşmis üzvlər isə ümumilik bildirən üzvün bir hissəsini xüsusi olaraq vurğulayır. Məsələn:Bütün onuncuları, xüsusilə də Anarı yarışda uğur qazandığına görə təriflədilər. Bundan başqa, əlavələrdən əvvəl yəni sözünü işlətmək olur. Dəqiqləşdirici xüsusiləşmis üzvlərdən əvvəl isə yuxarıda qeyd olunan sözlər işlənir.

Vulqarizm (kaba söz) Ümumi ədəbi dildə işlənməyiən kobud sözlərdən bədii əsərdə istifadəyə vulqarizm deyilir. (Ədəbi dil normalarına zidd olan qaba, qeyri-ədəbi söz və ya ifadə). ” Köpək oğlu köpək, hara aparırsan eşşəyi? Gözlərin kordur, görmürsən məni burada? Vallahı gönünü soyaram” (C. Məmmədquluzadə)
“Ədə, Kəblə Qasım, heyvan oğlu heyvan, atı kənarda dolandır, yoxsa əlindən qurtarıb, qaçar”.
…Yapış, heyvan balası, heyvan! Yoxsa vallah döyə-döyə səni öldürrəm!

Omonimlər deyilişı  və yazılışı eyni olan, leksik mənaca isə tamamilə fərqlənən sözlərə deyilir.
Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Məsələn:
Bağ – Meyvə ağaclari əkilmiş sahə
Bağ – Bir şeyı bağlamaq üçün ip (ayaqqabı bağı).
Şam – Yandırmaq üçün cisim (Şamı yandır).
Şam – Ağac adı (şam ağacı) və s.
Şam – Axşam yeməyi (Sizi şama dəvət edirlər).
Bu nümunələrdəki “bağ” və “şam” sözlərinin deyilişı və yazılışı eynı olsa da, onlar ayrı-ayrı anlayışları bildirir. Deməli, həmin sözlər omonimlərdir.
Dilimizdə ən çox işlənən omonimlər bunlardır: al, an,aş, asıq, at, ay, az, ağrı, bağ, bal, bar, bel, biz, bez, bal, dad, dağ, dan, dar, daş, din, don, doğru, dolu, divan, düz, en, iç, it, qaz, qat, qır, qız, qurd, qas, qan, qol, əqrəb, göy, gül ləpə, kök, köç, ov, oy, oxşamaq, mürəkkəb, nəticə, saç, say, tək, top, tut, uçmaq, yağ, yal, yan, yas, yad, yay, yar, yara, yaz, yol, çat, çap, çay, çən, çaxmaq, var, üz,

Omonimliyi təşkil edən sözlər həm eyni bir nitq hissəsinə, həm də ayrı-ayrı nitq hissələrinə aid ola bilər. “Bağ” “şam” omonimlərinin hər ikisi isimdir. Aşağıdakı omonimlər də eynı bir nitq hissəsinə (ismə) aiddir:
Ay – yerin peyki: Ay göründü.
Ay – 30 gün: Bu gün ayın beşidir.
Bal – qatı şirin məddə: Bal tutan barmaq yalar.
Bal – zəlzələnin. küləyin gücünü bildirən ölçü vahidi: Beş bal qüvvəsində zəlzələ oldu.
Bal- rəqs gecəsi,şənlik:Yeni il balı maraqlı keçdi
Əqrəb-saatin mili:Saatin əqrəbləri 12-ni göstərir.
Əqrəb – zəhərli həşərat: Çöldə əqrəb gördük və s

Dilimizdə fel kimi işlənən omonimlər də vardtr. Məsələn
Uçmaq-qanadlanmaq:Quş qanadlanıb uçdu.
Uçmaq-yıxılmaq,dağilmaq:Köhnə divar uçdu.
Oxşamaq-bənzəmək:Uşaq atasına oxşayır.
Oxşamaq-əzizləmək,nazlamaq:Ana körpəsini oxşayır.
Alışmaq-öyrənişmək,adət etmək:Uşaq yeni mühitə alışdi.
Alışmaq-yanmaq:Quru odun tez alışdı.

İsim və sifət kimi işlənən omonimlər:

Dilimizdə ayri-ayri nitq  hissələrinə aid sözlərdən təşkil olunan omonimlər daha çoxdur.Bu cür omonimlərə aid bir neçə nümunə:
İsim və sifət kimi işlənən omonimlər:
Yaş – insan ömrünün müəyyən dövrü: Uşağın 5 yaşı var.
Yaş – nəm, islanmış: Yaş odun yanmadı.
Kök – tərəvəz: Kök dadlı idi.
Kök – yoğun, şişman: Kök adamdan xoşum gəlmir.
Mürəkkəb – yazı üçün maye: Qələmin mürəkkəbi qurtardı.
Mürəkkəb – çətin: İmtahana çatin suallar düsmüşdü.

Dilimizdəki “qarşı”, “doğru”, “başqa”, “özgə”, “sarı” və s. sözləri sifət və qoşma kimi işlənən omonimlərdir: qarşı tərəf (sifət) – düşmənə qarşı (qoşma), doğrıı cavab (sifət) – kəndə doğru (qoşma), başqa adamlar (sifət) – səndən başqa (qoşma), özgə qapı (sifət) – səndən özgə (qoşma), sarı gül (sifət) – evə sarı və s.
Omonimlərin bir çoxu isim və fel kimi işlənə bilir.Belə sözlər fel kimi həm məsdər şəklində, həm də felin təsriflənən şəklində işlənə bilər. Məsələn:
Tüfəngin paslı çaxmağı (isim) – İldırım çaxmağı uşağı qorxutdu (fel).
Plovun qazmağı (isim) – Buranı qazmaq təhlükəlidir (fel).
Gül ətri (isim) – Ağlama, gül (fel).
Divarda çat var (isim) – Qaç, uşaqlara çat (fel) və s.

Omonimlər quruluşca düzəltmə də olur. Məsələn: “oynaq” (bədəndə sümük) ismi ilə “oynaq hava” birləşməsindəki “oynaq” sifəti düzəltmə omonimlərdir. “Buruq” ismi ilə “buruq” sifəti (buruq saç) və ya iki müxtəlif mənada işlənən “vergi” ismi (gəlir üçün dövlətə ödənilən məbləğ və “istedad” mənalarinda) düzəltmə omonimlərdir.
Səslənməsinə görə bir-birinə oxşar olan mətn – mətin, əmr – əmir, atlaz – atlas, əsr – əsir, şahid – şəhid, xeyr – xeyir, həyat – həyət, ahəng – əhəng və s. kimi sözlər omonim deyil. çünki yazılışları fərqlidir. Tərkibindəki bir hərfə görə fərqlənən belə sözlər paronim adlanır.
Yazılışları eyni olan, lakin vurğunun yerinə görə fərqlənən sözlər də omonim deyil. Məsələn: alma (isim) – alma (fel) – gəlin (isim), gəlin (fel), əkin (isim) – əkin (fel), səpi’n (isim) – sə’pin (fel), qovurma (isim) – qovu’rma (fel), dondurma’ (‘tsim) – dondu’rma (fel), süzmə’ (isim) – sü’zmə (fel), dimdik (‘ısim) – di’mdik (sifət -“dik” sifətinin çoxaltma dərəcəsi) və s. Bu cür sözlərin yazılışları eynı olsa da,  tənəffüzləri bir-birindən fərqlənir. Belə sözlər omoqraf adlanır.
Tələffüzü və yazılışı eyni, lakin kökləri (və ya baslanğıc formaları) fərqli oian sözlər də omonim dəyilir. Məsələn: “Düşmən əsir alındı” və “Külək əsir” cümlələrindəki “əsir” sözləri köklərinə görə fərqlənir. Birinci cümlədəki “əsir” sözü kök formasındadır. Ikinci cümlədəki “əsir” sözünün kökü isə “əs” felidir. (“ir” qrammatik şəkilçidir). “Məhsulu anbara daşı” və “Daşı  kənara qoy” cümlələrindəki “daşı” sözü da omonim deyil: birincicümlədəki “daşı”sözü kök formasındadır; ikinci cümlədəki “daşı” sözünün kökü isə “daş” ismidir (-ı qrammatik şəkilçidir). Qrammatik şakilçilərin köməyi ilə aralarında bu cür oxşarlıq yaradan sözlər omoform adlanır.
Dilimizdəki bəzi sözlər həm çoxmənalılıq, həm də omonimlik keyfiyyətinə malikdir. Məsələn: kök sözü insanın kökü, ağacın kökü, sözün kökü birləşmələrində çoxmənalıdır. Kök oğlanşirəli kök birləşmələrindəki kök sözü isə omonimdir. Qaş, qol, yol, dolu, düz,dil, yay, üz, tut, bel sözləri də həm çoxmənalılıq, həm də omonimlik keyfiyyətinə malikdir.

Sinonimlər. Yazılışı va deyilişı müxtəlif olan, lakin eyni və ya yaxın mənaları bildirən sözlərə sinonimlər deyilir.Məsələn: ürək – könül – qəlb, böyük – iri – yekə, odlamaq -alışdırmaq – yandırmaq və s. Sinonimlər yaxın mənaları bildirsələr də, onların işlənməsində incə məna fərqləri vardır. Məsələn: qalın sıx sinonimlərini meşə isminə qoşmaqla işlətmək mümkün olduğu halda (qalın meşə, sıx meşə), bu sözlərdən yalnız birincisini kitab isminə aid etmək olar: qalın kitab.
Sinonimləri təşkil edən sözlər eyni nitq hissəsinə aid olur. Bədii ədəbiyyatda hər hansı bir deyimin təsir gücünü, bədiiliyini artırmaq üçün sinonim sözlərdən istifadə olunur. Sinonimlər dilin zənginliyini və ifadə qüdrətini göstərən əlamətlərdən biri sayılır.

Antonimlər. Bir – birinə zidd, əks olan mənaları bildirən sözlərə antonimlər deyilir. Məsələn: yer – göy. sülh – müharibə, işıq – qaranlıq, igid -qorxaq, gülmək – ağlamaq, oturmaq – qalxmaq, gecə – gündüz və s. Antonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur.

İsmi birləşmələr (tamlamalar) Əsas tərəfi adlarla (isim, sifət, say, əvəzlik və bəzi ərflərlə) ifadə olunan birləşmələrə  deyilir. Məsələn:dəmir qapı, almanın qırmızısı, əldən itivə s.
İsmi birləşmənin növləri çoxdur; məsələn: yaşıl yarpaq, ağac yarpağı, yarpağın rəngi, yaşıl yarpaqlı və s. birləşmələrin hər biri öz yaranma üsuluna görə o birindən fərqlənir. Belə rəngarəng birləşmələrdən üç növü dilimizdə daha çox işlənir. Buraya, qırmızı çiçək, çəmənin ətri, bülbülün nəğməsi tipli birləşmələr daxildir. Asılı tərəfləri əsas tərəf izah etdiyindən belə birləşmələrə təyini söz birləşmələri deyilir.
Təyini söz birləşmələrinin forma və məna xüsusiyyətlərinə görə üç növə bölünür:
Birinci növ təyini söz birləşmələri
İkinci növ təyini söz birlləşmələri
Üçüncü növ təyini söz birləşmələri

Birinci növ təyini söz birləşmələri

Hal və mənsubiyyət şəkilçiləri olmadan yaranan birləşmələrə birinci növ təyini söz birləşmələri deyilir. Məsələn: sərin su, işıqlı otaq, yağışlı hava və s.
Birinci növ təyini söz birləşmələrinin asılı tərəfi isim, sifət, say, əvəzlik və feli sifətlə, əsas tərəfi isə isimlərlə (və isimləşmiş sözlərlə) ifadə olunur. Məsələn:

Birinci növ təyini söz birləşmələrinin əsas tərəfi cəm, mənsubiyyət və hal şəkilçiləri qəbul edə bilir. Məsələn: yaxşı şagird – yaxşı şagirdlər, yaxşı şagirdlərimiz, yaxşı şagirdlərdə.
Lakin bu şəkilçilər birinci növ təyini söz birləşmələrinin əlaməti deyildir, çünki belə birləşmələr həmin şəkilçilərin iştirakı olmadan əmələ gəlir.
Birinci növ təyini söz birləşmələrinin birinci tərəfi cümlədə təyin, ikinci tərəfi mübtəda, xəbər, tamamlıq və ya zərflik olur. Məsələn: Bu kitab həmin kitabdır. Sizi maraqlandıran həmin kitabdir cümlələrində bu kitab, həmin kitabdır birinci növ təyini söz birləşməsidir. Birləşmələrdə bu həmin sözləri təyin, kitab mübtəda, kitabdır – xəbərdir.
Bəzən birinci növ təyini söz birləşmələrinin tərəfləri birlikdə cümlələrin bir növü olur. Məsələn: Hər tərəf zil qaranlıq idi. Yaman gündə insan insana arxadır – cümlələrində hər tərəf – mübtəda, yaman gündə – zaman zərfliyidir.

İkinci növ təyini söz birləşmələri

Birinci tərəfi yiyəlik hal şəkilçisiz, ikinçi tərəfi mənsubiyyət şəkilçili  (-ı, -i, -u, -ü) birləşmələrə ikinci növ təyini söz birləşmələri deyilir. Məsələn: insan təbilləti, bildirçin yuvası, şəhər bağı, məktəb direktoru və s.
İkinci növ təyini söz birləşməsinin tərəfləri, başlıca olaraq, isimlərlə ifadə olunur (insan təbilləti, məktəb direktoru və s.). Lakin bəzən başqa başqa nitq hissələri də isimləşərək belə birləşmələrin tərəfləri kimi işlənə bilir. Məsələn: Gözəllər gözəli, yaxşılar yaxşısı və s.
İkinci növ təyini söz birləşməsinin tərəfləri arasında başqa söz artırmaq olmur.
Təyini söz birləşmələrinin bu növündə tərəflərdən biri cəmlənərək digər tərəf tək olur. Məsələn: Xalqlar dostluğu, qocalar evi, mədəniyyət sarayları və s.
İkinci növ təyini söz birləşməsinin tərəfləri birlikdə cümlənin bir mürəkkəb üzvü olur. Məsələn: Yarış günü yaxınlaşırdı. Bu kitab sinif rəhbərinindir. Sinif rəhbəri Leyla müəlliməni alqışladılar. – cümlələrində yarış günü – mübtəda, sinif rəhbərinindir – xəbər, sinif rəhbəri – təyindir.

Üçüncü növ təyini söz birləşmələri

Bu birləşmə isə yiyəlik halı və mənsubiyyət şəkilçili olur. Birinci tərəf yiyəlik hal şəkilçili, ikinci tərəf mənsubiyyət şəkilçili olur. Məsələn: kürün daşması, sözün mənası və s.

Bülent Pakman. Kasım 2014. İzinsiz ve aktif link verilmeden yayımlanamaz, alıntı yapılamaz.

Azerbaycan’da Kimlik ve Dil

Türkiye’de Azerbaycan Türklerine “Azeri” konuştukları dile de “Azerice” denmektedir.  Azerbaycan resmi politikasında bu tanımlar  “Azerbaycan Halkı”, “Azerbaycanlı” ve “Azerbaycan’ca”, “Azerbaycan Dili” şeklindedir.

Bunlar külliyen yanlıştır.

Bir kere, Azeriler İran’da yaşayan küçük bir etnik topluluktur. Ayrıca soyu bilinen halklar coğrafi adlarla kimliklendirilemezler.

Doğrusu  “Azerbaycan Türkleri” ve “Azerbaycan Türkçesi” dir.

Günlüklerimizde arada Azerice ve Azeri kelimelerinin kullanılmasının sebebi arama motorlarında daha çok o şekilde bulunabilmesindendir.

AZERBAYCAN GÜNLÜKLERİ:

Bakü’ye gelmeyi düşünen “özellikle beyaz yakalı” Türk vatandaşlarına yardım için şahsi görüşler yanında bazı bölümleri kaynakları verilmiş yorumlu-yorumsuz alıntılarla derlenmiştir, tenkidi (eleştirel) ya da başka hiç bir amacı yoktur.  Yaşanmakta olan hızlı gelişimler sonucu çok şeyin değişmekte, güncelliğini yitirmekte olduğu da göz önüne alınmalı, burada yazılan her şeyin doğru ve aktüel olduğu düşünülmemelidir.  Kelimelerin çoklu anlamlarında ve ifadelerde tam bilgi sahibi olunmadan değerlendirmeler yapılması da yanlış anlamalara sebep olabilir. 

Başka yerlerde bana ait olarak gösterilen yazılarla ilgim yoktur. Yazılarım sadece buradadır.

Facebook Widgets

Bakü Ofis 2011Bülent Pakman kimdir   https://bpakman.wordpress.com/pakman/

 

1 Responses to Azerbaycan Türkçesiyle gramer açıklamaları:

  1. Geri bildirim: Azerbaycan’da damat adayına öğütler | Pakman World

Yorum bırakın

Bu site, istenmeyenleri azaltmak için Akismet kullanıyor. Yorum verilerinizin nasıl işlendiği hakkında daha fazla bilgi edinin.